BAKİLLANİ MƏHƏMMƏD

(403/1013-cü ildə vəfat etmişdir) – görkəmli İslam alimi və kəlamçısı, əşəri kəlam məktəbinin təmsilçisi olmuşdur. Soyu Bəsrədən olsa da, həyatının böyük bir hissəsini Bağdadda keçirmiş, orada hakim vəzifəsinə qədər yüksəlmişdir. Bakillaninin elmi fəaliyyəti Bəsrədə olarkən başlamış, xüsusən də əşəri kəlamına (I) böyük maraq göstərmişdir. Bakillani elmi Əbu Həsən Əşərinin tələbələrindən İbn Mücəhid Taidən və Əbu Həsən Bəxilidən öyrənmişdir. O, fiqh elminin bilicisi kimi də tanınırdı. Bağdada gəldikdən sonra Bakillani Məhəmməd burada elmi fəaliyyətini davam etmiş və o, burada Əbu Bəkr ibn Malik Qatidən, Əbu Məhəmməd ibn Məsi, Dəraqutnidən, Əbu Əhməd Hüseyn ibn Əli Nişapuri kimi alimlərdən hədis elmini öyrənmişdir. Sonra Bəsrəyə qayıdaraq məscidlərdə müdərrislik etmiş, əşəri kəlamını inkişaf etdirmişdir. O, sonrakı bütün həyatında apologetik fəaliyyətini davam etdirmişdir. Büveyhi Ədudəd-Dövlənin hakimiyyəti zamanında o, Şirazda müxalifləri ilə dini-fəlsəfi müzakirələrdə iştirak etmişdir. Büveyhilərin şiə hökmdarları olduqlarına baxmayaraq, Ədudüd-Dövlə Bakillani Məhəmmədi dəyərləndirərək, ona hörmət bəsləmiş, onu öz oğlu Simnanəd-Dövlənin müəllimi təyin etmişdir. Bundan başqa Ədudəd-Dövlə Bakillani Məhəmmədi öz elçisi kimi Bizans imperatorunun yanına göndərmişdir. Ədudəd-Dövlənin ölümündən sonra o, Bağdadda yaşamış və orada Mənsur məscidində müdərrislik etmişdir. Onun dərslərinə tələbələr İraqdan, Xorasandan, Əndəlüsdən, müsəlman dünyasının müxtəlif yerlərindən gəlirdilər. Onun tələbələri arasından məşhur müsəlman mütəfəkkirləri də çıxmışdır. Əşəri kəlamının əsaslarını inkişaf etdirmiş Bakillani, onları digər təlimlərin nümayəndələrinin tənqidlərindən qorumuşdur. Bununla da o, sünniliyin daha da bərkiməsi və geniş yayılmasını təmin etmişdir. Buna görə də, onu öz dövrünün mucəddidi adlandırmışlar. Bakillaninin bacarığını müxtəlif müsəlman hökmdarları yüksək dəyərləndirərək onu dəstəkləmişlər. O, “İcazül-Quran” (Quranın bənzərsizliyi), “Təmhidül-Əvail və Təlxisüd-Dəlail” (Başlanğıcların yüngülləşdirilməsi və dəlillərin qısa olaraq verilməsi), “Mənakibül-Əimmə” (İmamların həyatı) kimi əsərlərin müəllifidir. Bakillaninin elmi irsindən İslam alimləri bu gündə istifadə etməkdədirlər.
BAĞDADİ ƏBDÜLQAHİR
BAKUVİ SEYİD YƏHYA
OBASTAN VİKİ
Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Məhəmməd Daud Məhəmməd
Məhəmməd Daud Məhəmməd (d. 1 mart 1996) — Somalini təmsil edən yüngül atlet. Məhəmməd Daud Məhəmməd Somalini 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məhəmməd Daud Məhəmməd birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 5000 metr məsafəyə qaçış yarışlarında Daud Məhəmməd 14:57.84 saniyə nəticəyə imza atdı və 24-cü yeri tutdu. Məhəmməd Daud Məhəmməd həm də Rio-de-Janeyro Olimpiadasının açılış mərasimində Somalinin dövlət bayrağını apardı.
Həzrət Məhəmməd
Məhəmməd (ərəb. مُحمّد‎ ();; 20 aprel 571[…], Məkkə – 8 iyun 632, Mədinə) — dini, sosial, siyasi lider və islamın qurucusu. İslam təliminə əsasən, Adəm, İbrahim, Musa, İsa və digər peyğəmbərlərin monoteist təlimlərini təbliğ etmək və təsdiqləmək üçün göndərilmiş peyğəmbər. Məhəmməd peyğəmbər islamın bütün əsas qollarında Allahın sonuncu elçisi olaraq qəbul edilir. O, həmçinin Ərəbistanı müsəlman hakimiyyəti altında birləşdirməyi bacarmışdır. Məhəmməd peyğəmbər təqribi olaraq 570-ci ildə (Fil ili) Ərəbistan yarımadasında yerləşən Məkkə şəhərində doğulub. O, altı yaşından etibarən yetim qalmışdır. Məhəmməd peyğəmbərin babası Əbdülmütəllibin himayəsi altında böyümüşdür. Babasının ölümündən sonra isə əmisi Əbu Talibin himayəsinə keçmişdir. Məhəmməd peyğəmbər vaxtaşırı Məkkə yaxınlığındakı Hira adlanan mağaraya gedərdi.
Keçəçioğlu Məhəmməd
Keçəçioğlu Məhəmməd (əsl adı: Məhəmməd Məşədi Xəlil oğlu; 18 iyun 1864, Şuşa – 20 noyabr 1940, Quba) — Azərbaycan xanəndəsi.Azərbaycan musiqi mədəniyyətinin inkişafında xüsusi rol oynamışdı. == Həyatı == Keçəçioğlu Məhəmməd 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 20 noyabr 1940-cı ildə Qubada vəfat etmişdir. Məhəmməd kiçik yaşlarından atasının peşəsinə (keçəçilik sənətinə) yiyələndiyindən xalq arasında Keçəçi adı ilə məşhur olmuşdur. Bakının mədəni həyatı Keçəçi Məhəmmədi cəlb edir. O, 1904-cü ilin əvvəllərində Bakıya köçür. Keçəci oglu Məhəmməd klassik xanəndə kimi Azərbaycanın ənənəvi I musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamışdır. Qarabağ məktəbinin digər nümayəndələri ilə yanaşı, o öz yaradıcılığında I muğam sənətini yorulmadan inkişaf etdirmişdir. Onun repertuarında klassik muğamlar, təsniflər və xalq mahnıları əsas yer tuturdu. Genis diapazonda zorlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahlarını və zərbi-muğamları ustalıqla ifa edirdi.
Molla Məhəmməd
Molla Məhəmməd (tam adı: Məhəmmədqulu ????; d. 1950, Maştağa, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 23 fevral, 2010, Maştağa, Bakı, Azərbaycan) — azərbaycanlı meyxanaçı. == Həyatı == === Erkən illəri === 1950-ci ildə Bakının Maştağa kəndində doğulub. Uşaqlığı Bakı şəhərinin Yasamal rayonunda yerləşən Sovetski məhəlləsində keçib. 13-14 yaşında olarkən hazırcavablığına görə ustadı Hacı Kazım tərəfindən "Molla" ləqəbini qazanıb. 15 yaşında aktrisa Nəsibə Zeynalova onu "Bizim Cəbiş müəllim" filminə dəvət edib. Onun səsləndirdiyi "Çağırsa ellər gedərəm davaya" meyxanası filmə əlavə olunsa da, meyxanaçı dost-tanışları arasında olan hörmətini itirməmək üçün filmə çəkilməkdən imtina edir. === Yaradıcılığı === === Həbs olunması === 1982-ci ildə Novxanıda bir məclisdə tanımadığı şəxs ona yaxınlaşır və xoşagəlməz sözlər işlədir. Mübahisə yaranır və Molla onu toy çadırının arxasına apararaq iki bıçaq zərbəsi vuraraq yaralayır.
Məhəmməd Bədi
Məhəmməd Bədi (ərəb. محمد بديع‎; 7 avqust 1943, Əl-Məhəllə əl-Kübra, Misir krallığı[d]) — Misirli siyasətçi. == Həyatı == Məhəmməd Bədi 7 avqust 1943-cü ildə Misirdə anadan olub.Qahirə universitetini bitirib.1965-ci ildə “Müsəlman qardaşlar” hərəkatının üzvü olduğu üçün həbs edilib. “Müsəlman qardaşlar” hərəkatının dini lideri Məhəmməd Bədi 2014-cü ildə avqustun 20-nə keçən Misirin paytaxtı Qahirədə həbs olunub. Məhəmməd Bədi iyulun 24-dən axtarışda idi.
Məhəmməd Dahalane
Məhəmməd Dandamayev
Məhəmməd Əbdülqədiroviç Dandamayev; (2 sentyabr 1928, Lak rayonu – 28 avqust 2017, Sankt-Peterburq) — sovet və rus tarixçisi, Qədim İran və Mesopotomiya tarixi üzrə mütəxəssis. Tarix elmləri doktoru, professor, REA-nın müxbir üzvü (1997). == Həyatı == Məhəmməd Əbdülqədiroviç Dandamayev 2 sentyabr 1928-ci ildə Dağıstanın Lak rayonunun Unçukatl kəndində anadan olmuşdu. 1937-ci ildən 1947-ci ilədək doğma kəndlərində oxumuşdu. 1948-ci ildən Leninqrad Pedoqoji institutunda oxumuşdu. 1952-ci ildən 1954-cü ilədək Dağıstanda tarix müəllimi işləmişdi. 1954-cü ildən 1958-ci ilədək SSRİ EA-nın Tarix institutunun aspiranturasında oxumuşdu. Akademik Vasili Struvenin yetirməsidir. Onun müəllimləri arasında Vasili Abayev, Lev Lipin, İqor Dyakonov və başqaları vardı. Məhəmməd Dandamayev 28 avqust 2017-ci ildə Rusiyanın Sankt-Peterburq şəhərində vəfat edib.
Məhəmməd Diarra
Məhəmməd Lamine Diarra, əslən Qvineyalı olan və Qazaxıstan futbol çempionatında mübarizə aparan Taraz klubunun müdafiəçisi olan peşəkar futbolçu.
Məhəmməd Dib
Məhəmməd Dib (21 iyul 1920[…] – 2 may 2003[…]) — Əlcəzairin görkəmli yazıçılarından biri 1920-ci ildə Əlcəzairin Tlemsen şəhərində anadan olub. Yazıçılıq fəaliyyətinə başlamazdan əvvəl müəllimlik edib, daha sonra isə jurnalist işləyib. Dib hələ gənc ikən Əlcəzair, İsveçrə və Fransa qəzetlərində yazılar çap etdirirdi. Fransanın həftəlis "Letr fransez" qəzeti də onun bir neçə şeir və novellasını çap etmişdi. 1952-ci ildən başlayaraq Məhəmməd Dib "Əlcəzair" adı altında bir silsilə roman çap etdirib. Bu romanlardan biri ("Böyük ev") 1953-cü ildə Fransada Feneon mükafatına layiq görülüb. == Mənbə == Hamlet Qocayev, "Afrikada gördüklərim", Bakı, "Azərnəşr", 1986, səh. 85–86.
Məhəmməd Dünyamalıyev
Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu — texnika elmləri doktoru, professor. == Həyatı == Dünyamalıyev Məhəmməd Ağamirzə oğlu 1938-ci ildə Ermənistanın Əzizbəyov rayonunda anadan olmuşdur. 1962-ci ildə riyaziyyat ixtisası üzrə ADU-nin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra APİ-nun Ali riyaziyyat kafedrasında assistent, böyük müəllim işləmişdir. 1964-1969-cu illərdə Azərbaycan EA Neft və qaz yataqlarının işlənilməsi institutunun aspirantı olmuşdur. 1970-ci ildə "Mayenin süzülməsinin və quyuların rasional yerləşməsinin bəzi məsələləri" mövzusunda namizədlik, 1990-cı ildə isə "Dərinlikdə yerləşən neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya proseslərinin hesabat nəzəriyyəsi və üsulları" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1991-2003-cü illərdə Azərbaycan EA DNQYPİ-nun aparıcı elmi işçisi, 2003-2006-cı illərdə - Azərbaycan MEA Geologiya institutunun "Neft yataqlarının işlənilməsi və neft və qaz hasilatının proqnozlaşdırılması" şöbəsində baş elmi işçidir. 2006-cı ildən bu günə qədər ATU-nin "Riyaziyyat" kafedrasının professorudur. == Elmi fəaliyyəti == Dünyamalıyev M.A. neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alimdir. Elmi tədqiqat sahəsi: neft və qaz yataqlarının işlənilməsi zamanı relaksasiya effektlərinin və dağ süxurlarının sürüşməsinin öyrənilməsi.
Məhəmməd Dəmir
Məhəmməd Dəmir (orijinal adı: türk. Muhammet Demir; d. 10 yanvar 1992; Trabzon, Türkiyə) — Türk futbolçudur. Hal-hazırda Sivasspor komandasında oynayır. == Klub karyerası == === Qaradənizspor === Dəmir futbol oynamağa uşaqlıqdan başlayıb. Məktəb komandasında olan peşəkarlığı ilə əlaqədar 12 yaşında Qaradənizspora dəvət edildi. 2005-ci ildə komanda çempionu olan Dəmir, Türk çempionatlarına qoşuldu. Burada peşəkar olan Dəmir, bir çox komandadan transfer təklifi aldı. === Bursaspor === 2005-ci ildə Bursaspora transfer oldu. Bir neçə kiçik oyunlardan sonra, 2008-09 mövsümündə 15 yaşında peşəkar müqavilə imzaladı.
Məhəmməd Dərgahi
Məhəmməd Dərgahi (1890–1953)— İran ordusunun generalı. == Həyatı == Məhəmməd Dərgahi 1890-cı ildə anadan olmuşdu. Hərbi məktəbi bitirəndən sonra leytenant rütbəsi ilə orduya qatılmışdı. Mayor rütbəsi daşıyarkən qala komendantının müavini olmuşdu. Məhəmməd Dərgahi 1953-cü ildə vəfat edib.
Məhəmməd Eissavi
Məhəmməd Eldaroğlu
Məhəmməd Eldar oğlu — Usta Eldaroğlu Məhəmməd kimi taninan XIX əsrin sonu və XX əsrin əvvəllərində yaşamış görkəmli memar. == Həyatı == Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. Həyatı haqqında səhih məlumatlar qalmasa da onun Azərbaycanın müxtgəlif bölgələrində (Şəki-Zaqatala, Gəncəbasar və Qarabağ mahallarında) inşasına rəhbərlik etdiyi onlarla məscid, mədrəsə binası və xüsusi sifarişli fərdi evlər bu gün də öz memarlıq üslubu və davamlılığı ilə seçilir. Məhəmməd Eldaroğlunun 1920-ci ildə Gəncə şəhər Xeyriyyə Cəmiyyətinin dəvətilə Gəncədəki məşhur Şah Abbas məscidinin bərpasını apardığı da məlumdur. Məhəmməd Eldaroğlunun həyatı haqqında geniş məlumatımız olmasa da Azərbaycanın el sənətkarı aşıq Molla Cümənin ona ithaf etdiyi Usta rədifli qoşması məlumdur.
Məhəmməd Emvazi
Məhəmməd Emvazi(ərəb. محمد اموازي‎, ing. Mohammed Emwazi;17 avqust 1988 – 12 noyabr 2015, Ər-Rəqqə) —İŞİDin rəsmi cəlladı. == Həyatı == Məhəmməd Emvazi 17 avqust 1988-ci ildə Küveytdə anadan olub. Altı yaşında İngiltərəyə gəlib. Qərbi Londonda yaşayıb. Böyük Britaniya vətəndaşıdır. Britaniya ləhcəsinə görə "Beatles" qrupunun üzvü Con Lennonun adı verilən "Cihadçı Con"un Amerika jurnalistləri Ceyms Foli və Stiven Sotloff, Britaniyanın yadım işçiləri David Heynes və Alan Henninq, eləcə də amerikalı yardım işçisi Əbdül Həmid Kassiqini qətlə yetirdiyi guman edilir. Washington Post qəzeti yazır ki, Məhəmməd Emvazi Britaniyada yaşayan imkanlı ailədəndir. Qəzetdə onun kompüter proqramları üzrə kollec məzunu olduğu yazılıb.
Məhəmməd Fahim
Məhəmməd Qasım Fahim (1957 – 9 mart 2014, Kabil, Əfqanıstan İslam Respublikası[d]) — əfqan hərbi xadimi, Əfqanıstanın hərbi naziri, marşal (2001). == Həyatı == Məhəmməd Qasım Fahim 1957-ci ildə Əfqanıstanda, Pərvan vilayətində doğulmuşdu. Tacik əsillidir. Kabul universitetində ilahiyyatı öyrənmişdi.1977-ci ildə Pakistana mühacirət etmişdi. 1978-ci ildə vətənə dönmüş, müxalifətə qoşulmuşdu.Əfqanıstan müharibəsində Əhməd Şah Məsudun dəstəsinə qoşulmuşdu.Müxalifət 1992-ci ildə hakimiyyətə gəldikdən sonra dövlət təhlükəsizlik xidmətində çalışmışdı. 1994-cü ildə Bürhanəddin Rəbbaninin hakimiyyəti dönəmində təhlükəsizlik naziri vəzifəsində çalışmışdı.Taliblər Kabulu aldıqdan sonra Rəbbani ilə oranı tərk etmişdi. Məhəmməd Qasım Fahim Əfqanıstan şimalında yerləşərək taliblərə qarşı mübarizə aparmışdı.Əhməd Şah Məsudun öldürülməsindən sonra Şimal alyansına başçılıq etmişdi. Həm də bu alyansın hərbi naziri olmuşdu. 2001-ci ildə taliblərin Kabuldan çıxarılmasına başçılıq etmişdi. 13 sentyabr 2001-ci ildə Düşənbədə Əfqanıstan problemini çözən İran, Rusiya, Hindistan, Özbəkistan və Tacikistan dövlətlərinə əsas şəxs kimi təqdim olunmuşdu.
Məhəmməd Fizuli
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Ağqoyunlu dövləti – 1556, Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Məhəmməd Füleyfil
Məhəmməd Füleyfil (ərəb. محمد فليفل‎; 1899, Beyrut – 1985) — Livan bəstəkarı. İraq himninin ("Mövtini") və Suriya himninin ("Hümat əd-Diyar") musiqisini yazmışdır.
Məhəmməd Füzuli
Məhəmməd Füzuli (ərəb. محمد بن سليمان‎) (təq. 1494, Ağqoyunlu dövləti – 1556, Osmanlı imperiyası), daha çox sadəcə Füzuli (fars. فضولی‎) təxəllüsü ilə tanınır — XVI əsr Azərbaycan şairi. O, ana dili olan azərbaycanca, həmçinin farsca və ərəbcə şeirlər yazmışdır. Füzuli türkdilli ədəbiyyatın ən böyük şairlərindən biri, həm Azərbaycan, həm də Osmanlı ədəbiyyatının görkəmli simalarından biri kimi qəbul edilir. Füzulinin yaradıcılığı XVI–XIX əsrlərdən Mərkəzi Asiyaya və Hindistana qədər uzanan fars-türk mədəniyyət sahəsində geniş şəkildə tanınmış və təqdir edilmişdir. 1494-cü ildə indiki İraq ərazisində anadan olan Füzuli uşaqlıqda yaxşı təhsil almış, ədəbiyyat, riyaziyyat, astronomiya və xarici dilləri öyrənmişdir. Onun sağlığında Füzulinin doğma yurduna nəzarət Ağqoyunlu, Səfəvi və Osmanlı imperiyaları arasında dəyişmişdir. O, hər üç imperiyanın dövlət səlahiyyətliləri üçün şeirlər yazmış, ilk şeirini Ağqoyunlu şahı Əlvənd mirzəyə həsr etmişdir.
Məhəmməd Hadi
Ağa Məhəmməd Əbdülsəlim oğlu Əbdülsəlimzadə (1879, Şamaxı – may 1920, Gəncə) — Azərbaycan şairi, Azərbaycan romantizminin tanınmış nümayəndələrindən biri, Tofiq Fikrət irsinin ilk araşdırıcısı, Tatar süvari alayının imamı. Məhəmməd Hadi XX əsr Azərbaycan şairləri içərisində mətbuatla sıx əlaqəsi olan sənətkarlardan biridir. Öz əsərlərinin əksəriyyətində vətən, millət mövzusuna toxunan Məhəmməd Hadi Azərbaycan poeziyasının intibah, azadlıq və hürriyyət mücahidlərindən biri olmuşdur. Ona görə də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Cümhuriyyəti əsərində "bir tərəfdən rus ədəbiyyatı, digər tərəfdən də Osmanlı ədəbiyyatı təsirində bulunan" istiqlal mövzusunda mübariz əsərlər yazan şairlər arasında Məhəmməd Hadini ayrıca dəyərləndirirdi. Romantik maarifçilikdən inqilabi romantizmə yüksələn Məhəmməd Hadinin yaradıcılığının ən mübariz dövrü Azərbaycan Xalq Cümhuriyyəti dönəminə düşür. Məhəmməd Hadi yaradıcılığının ən çağdaş milli və bəşəri keyfiyyətləri məhz bu dövrdə özünü daha aydın göstərdi. O dönəmdə müharibə, azadlıq, istiqlal mövzusunda ən çox əsərlər yazan Məhəmməd Hadi olmuşdur. == Həyatı == Əsl adı Ağa Məhəmməd olan, gəncliyində özünə Hadi (ərəb. doğru yol göstərən‎) təxəllüsünü seçən Məhəmməd Hadi 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. İbtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonralar şair Abbas Səhhətin atası Əliabbas əfəndinin təsis etdiyi məktəbdə oxumuş, kiçik yaşlarından ərəb və fars dillərini mükəmməl mənimsəmişdir.
Məhəmməd Hatta
Məhəmməd Hatta (12 avqust 1902[…], Bukittinqqi[d], Niderland Ost-Hindi – 14 mart 1980[…], Cakarta) İndoneziyanın ilk vitse-prezidenti, sonra isə ölkənin baş naziri vəzifəsində işləyib. İndoneziyanın ilk prezidenti Sukarno da daxil olmaqla İndoneziyanın müstəqilliyi üçün Hollandiyadan qarşı mübarizə aparmışdır. Hatta Qərbi Sumatra, Niderland Ost-Hindində (İndoneziya) anadan olmuşdur. İlk təhsilinden sonra Niderland Ost-Hindinin holland məktəblərində və sonra 1921-ci ildən 1932-ci ilə qədər isə Hollandiyada təhsil alıb. == Həyat == Hatta 12 Avqust 1902-ci ildə Fort De Kokda (indi Bukittinggi kimi tanınır) məşhur və güclü İslam ailəsində dünyaya gəldi. Onun babasına Payakumbuh yaxınlığındakı Batuhampar şəhərində uləma kimi hörmət edilirdi. Atası Hacı Məhəmməd Cəmil o səkkiz aylıq olarkən vəfat etdi və altı bacısı və anası ilə birlikdə yaşadı. Minhanqkabau ənənəsinin matriarxaizm cəmiyyətində olduğu kimi anasının ailəsində böyüdü. Anasının ailəsi zəngin idi və Hatta məktəbdə Quranı bitirməklə yanaşı hollandca da öyrəndi. 1913-1916-cı illərdə Bukittinqqidə Sekolah Melayu ('Malay Məktəbi') bitirdikdən sonra Padanq şəhərində holland dili ibtidai məktəbi (ELS və ya Europeesche Lagere Məktəbi) bitirdi.
Məhəmməd Hidəci
Məhəmməd Mövsüməli oğlu Hidəci (1853, Hidəc, Zəncan ostanı – 1928, Tehran) — Azərbaycan şairi. == Həyatı == Məhəmməd Hidəci 1853-cü ildə Zəncanın ostanının Tüdəc (indi Hidəc adında tanınır) kəndinda anadan olmuş, ilk təhsilini kənd məktəbində almışdır. 1879–1887-ci illərdə Qəzvində və Tehranda oxumuş, sonra müctəhid adını almaq üçün Nəcəf şəhərində təhsilini davam etdirmişdir. 1892-ci ildə təhsilini bitirib vətənə qayıdan Hidəci Tehrana köçmüş və ömrünün axırına kimi mədrəsədə müəllimlik etmişdir. Məhəmmad Hidəci 1928-ci ildə Tehranda vəfat etmişdir. == Yaradıcılığı == Hidəci üç dildə — azərbaycanca, farsca və ərəbcə əsərlər yazmışdır. Onun "Külliyyatt-divani-Hidəci" kitabı Zəncan şəhərində, sonralar isə şeirlər külliyyatı Təbrizdə üç dəfə çap olunmuşdur. == Mənbə == Cənubi Azərbaycan ədəbiyyatı antologiyası. I cild.
Məhəmməd Hüseynov
Məhəmməd Hüseynov və ya Hacı Mir Məhəmməd Hüseynov (tam adı:Məhəmməd Səməd oğlu Hüseynov; 10 may 1927, Xırmandalı – 28 aprel 2001, Bakı) — Əməkdar inşaatçı, Sov.İKP-nin üzvü (1954), Sosialist Əməyi Qəhrəmanı (1980). == Həyatı == Məhəmməd Hüseynov 10 may 1927-ci ildə Masallı rayonu Xırmandalı kəndində andan olmuşdur. O, 1954-cü ilden Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Əmək fəaliyyətinə 1941-ci ildə kolxozda başlamışdır. 1949-cu ilden Baki Baş Tikinti İdarəsində işləmişdir. Onun briqadası kommunist əməyi kollektivi adlanırdı. SOV. İKP 25 və 26-cı qurultaylarının nümayəndəçisi olmuşdur. == Fəaliyyəti == AzTV-nin inzibati binası, "Bakı" mehmanxanası, A. Şərifzadə adına "Aktyorlar evi", "Yaşıl teatr", Parlament binası, C. Cabbarlı adına Azərbaycan Kinostudiyası, geoloqlar üçün doqquzmərtəbəli yaşayış evi ("Azadlıq" pr. 4), Respublika Eksperimental Tibb Mərkəzi, Lökbatan, Sahil, Korgöz qəsəbələrində orta məktəb binaları, Gəmi təmiri zavodu onun müəllifliyi ilə inşa olunmuşdur. 1959–60-cı illərdə yaşıl teatrn tikintisi işlərini həyata keçirib.
Məhəmməd Hüsseyn